14 dekabr 2025. Bazar günü

“Flik bizdən qalib xarakteri göstərməyi istədi”


“Flik bizdən qalib xarakteri göstərməyi istədi”

“Barselona”nın hücumçusu Ferran Torres La Liqanın 2-ci turunda “Levante” ilə oyunun (2:3) fasiləsində baş məşqçi Hansi Flikin futbolçulara dediklərini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Movistar" futbolçunun dediklərini belə çatdırıb.

“Baş məşqçimiz bizə bəzi taktiki məqamları izah etdi, çünki vəziyyətimiz yaxşı deyildi. Amma ən önəmlisi o, bizdən xarakter göstərməyi, qalib genini ortaya qoymağı tələb etdi. Komanda yaxşı çıxış etdi və şanslarını dəqiq dəyərləndirdi"

İlk hissədə meydan sahibləri 0:2 hesabı ilə geri düşmüşdü.

Qarşılaşmada Ferran Torres 52-ci dəqiqədə vurduğu qolla fərqlənib. İspaniya çempionatında iki turdan sonra “Barselona” 6 xal toplayıb.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”
“Rodriqo satılmayacaq”
  • İspaniya L.L.
  • 23:51 12.12.2025
“Rodriqo satılmayacaq”