- İspaniya L.L.
- 20:36 29.01.2026
Madrid "Real"ının baş məşqçisi Xabi Alonso La Liqanın 2-ci turunda "Ovyedo" üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.
90deqiqe.Az məlumatına görə, ispan mütəxəssis bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Qələbəni oyuna əsaslanaraq dəyərləndirirəm. Çox yaxşı oyun keçirdik. İlk hissədə həm topla, həm də topsuz oyunda ritmimiz yüksək idi və matça tam nəzarət edirdik. Bəzən çətinliklər olurdu, çünki "Ovyedo" qapanmışdı, amma ritmimiz kifayət qədər yaxşı idi.
İkinci hissədə bir qədər tempimiz aşağı düşdü. "Ovyedo" hücumlara can atırdı və ritmi qorumaq bizim üçün çətinləşmişdi. Amma onların müdafiəsində topu ələ keçirib oyunu dəyişdik. İkinci qol bizə arxayınlıq verdi. Bu, səfərdə tam və çox etibarlı oyun oldu. Komanda həm topa sahibkən, həm də onsuz oyunda əla əhval-ruhiyyə nümayiş etdirdi. Mən çox razı qaldım”,