- İspaniya L.L.
- 23:15 20.03.2026
“Real Madrid”in gənc ulduzu Arda Gülər yeni rekorda imza atıb.
90deqiqe.Az-ın "Squawka"ya istinadən məlumatına görə, 20 yaşlı hücumçu 2025/26 mövsümündə Avropanın beş aparıcı liqasında 10 qol epizodu yaradan ilk futbolçu olub.
Bu göstəricidə ikinci yerdə “Sevilya”nın yarımmüdafiəçisi Dodi Lukebakio (9 qol imkanı), üçüncü sırada isə “Vilyarreal”ın vingeri Nikola Pepe (8) qərarlaşıb.
Arda Gülər ötən mövsüm “Real Madrid”də 44 oyunda iştirak edib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Transfermarkt isə futbolçunun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.