18 avqust 2026. Çərşənbə axşamı

Pau Viktor “Braqa”ya keçidini şərh etdi


Pau Viktor “Braqa”ya keçidini şərh etdi

“Barselona”nın hücumçusu Pau Viktor Portuqaliyanın “Braqa” klubuna transfer olunub.

90deqiqe.Az-ın "Diario Sport"a istinadən məlumatına görə, futbolçu keçid qərarının səbəblərini açıqlayıb.

“Ambisiyalarımdan danışsaq, mən oynamaq istəyirdim. Bu qərarı vermək mənim üçün çətin oldu, amma düşünürəm ki, düzgün idi: mən oynamalı və inkişaf etməliydim. Məşqçi və yaxın çevrəmlə danışdıqdan sonra belə qərara gəldim” 

“Barselona”da o, 29 oyuna çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 4 milyon avrodur.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib