29 iyun 2026. Bazar ertəsi

Oriol Romeu “Barselona”dan ayrıldı


Oriol Romeu “Barselona”dan ayrıldı

“Barselona” klubu yarımmüdafiəçi Oriol Romeu ilə yollarını ayırıb.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, Kataloniya təmsilçisi 33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Onun gedişi “Barselona”ya gənc müdafiəçi Jerar Martinı qeydiyyatdan keçirmək imkanı yaradacaq. Martin artıq ehtiyat komandanın yaş limitini keçdiyi üçün əsas heyətə daxil edilməlidir.

Romeu karyerasını yenidən “Jirona”da davam etdirə bilər. O, ötən mövsümü həmin komandada icarə əsasında keçirmişdi. Bundan başqa, futbolçuya həm La Liqa klublarından, həm də ABŞ-ın MLS liqasından təkliflərin olduğu bildirilir.

Qeyd edək ki, “Barselona” İspaniya La Liqasının yeni mövsümündə ilk iki turda 6 xal toplayıb.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"