15 may 2026. Cümə

“Elçe” “Levante”ni məğlub edərək ilk qələbəsini qazandı


“Elçe” “Levante”ni məğlub edərək ilk qələbəsini qazandı

İspaniya La Liqasının III turuna “Elçe” ilə “Levante” arasında oyunla start verilib. 

90deqiqe.Az-ın məlumatına görə, hər iki komanda mövsümdə ilk qələbəsini qazanmaq arzusunda idi.

Əsas hadisələr görüşün birinci və ikinci hissələrinin sonlarında baş verib. İlk yarının sonlarında Carlos Alvarez cərimə zərbəsindən topu dirəyə vurub. İkinci hissənin ilk hücumunda isə Rafa Mir “Elçe”ni hesabda önə çıxarıb – 1:0. Beş dəqiqə sonra Rodri Mendoza Pedro Bigasın ötürməsindən sonra fərqlənərək hesabı 2:0 edib.

Qələbədən sonra “Elçe” 5 xalla turnir cədvəlində 6-cı pilləyə yüksəlib, “Levante” isə ardıcıl üç məğlubiyyətdən sonra ən aşağı pillədə qərarlaşıb.







İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı