- İspaniya L.L.
- 23:58 27.03.2026
Madrid “Real”ının hücumçusu Rodriqo Qoes bu yay transfer pəncərəsində komandadan ayrılmayacaq.
90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, braziliyalı futbolçu yaxın gələcəyini “kral klubu” ilə bağlayır və ən azı yanvara qədər Madrid təmsilçisində qalaraq əsas heyətdəki yer uğrunda mübarizə aparmaq niyyətindədir.
“Mançester Siti” 24 yaşlı oyunçu ilə danışıqlar aparıb və ona 5 illik müqavilə təklif edib. “Şəhərlilər”in marağına baxmayaraq, “Real” Rodriqo üçün 100 milyon avrodan artıq gəlir əldə etməyi planlaşdırırdı.
Qeyd edək ki, Rodriqo 2019-cu ilin yayından Madrid klubunda çıxış edir. Bu müddətdə o, bütün turnirlərdə 271 oyuna qatılaraq 68 qol və 51 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Real” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.