2 iyul 2026. Cümə axşamı

“Selta” evdə “Vilyarreal”la heç-heçə etdi


“Selta” evdə “Vilyarreal”la heç-heçə etdi

İspaniya La Liqasının III turunda “Selta” öz meydanında “Vilyarreal”ı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, oyunun ilk dəqiqələrində Yaqo Aspasın zərbəsi qapı dirəyinin yanından keçib. Ardınca Bryan Saraqosa təhlükəli zərbə endirsə də, qapıçı topu dəf etməyi bacarıb. Daha sonra Xavi Rueda real qol şansından yararlana bilməyib.

53-cü dəqiqədə qonaqlar hesabı açıb. Serxi Kardonanın ötürməsindən sonra Nikolas Pepenin qolu “Vilyarreal”ı önə keçirib – 0:1. “Selta” isə 82-ci dəqiqədə tarazlığı bərpa edib. Manu Fernandesin sağ cinahdan ötürdüyü topu Xavi Rueda qapı qarşısına göndərib, Borxa İqlesias isə başla dəqiq zərbə vuraraq hesabı 1:1 edib.

Beləliklə, “Vilyarreal” mövsümdə ilk dəfə qol buraxaraq xal itirib. Hazırda komanda 7 xalla ikinci yerdə qərarlaşıb. “Selta” isə 3 xala sahibdir.







İspaniya L.L.

"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"