3 oktyabr 2026. Şənbə

“Barselona”da daha bir itki


“Barselona”da daha bir itki

“Barselona”nın zədəlilər siyahısına daha bir futbolçu əlavə olunub.

90deqiqe.Az xəbər verir ki, komandanın müdafiəçisi Alexandro Balde bu gün keçirilən məşqdə sol dizaltı əzələsində yüngül zədə alıb.

Futbolçunun bərpa müddəti barədə dəqiq məlumat verilməyib.

Qeyd edək ki, Balde "Barselona"nın hazırkı İspaniya çempionatında keçirdiyi hər üç matçda iştirak edib. Kataloniya komandası 7 xal qazanıb. "Malyorka" (3:0) və "Levante" (3:2) məğlub olub, "Rayo Valyekano" ilə görüş (1:1) heç-heçə başa çatıb.

"Barselona" İspaniya La Liqasında növbəti oyununu bazar günü, sentyabrın 14-də evdə "Valensiya"ya qarşı keçirəcək. 







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”