- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona” klubu 2025/26 mövsümü üçün komanda üzvlərinin rəsmi forma nömrələrini təqdim edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniya Primerasında geridə qalan üç turdan sonra “blauqrana”lar yeddi xal toplayaraq hazırda turnir cədvəlində dördüncü yerdə qərarlaşıblar. Komanda lider “Real Madrid”dən iki xal geri qalır.
La Liqanın növbəti turunda Hans-Diter Flikin yetirmələri “Valensiya” ilə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 14-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, “Barselona” ötən mövsüm İspaniya çempionatının qızıl medallarını qazanmaqla yanaşı, həm də ölkə kuboku və superkubokuna sahib çıxıb.
