29 yanvar 2026. Cümə axşamı

“Real”ın baş məşqçisi ən yaxşı seçildi


“Real”ın baş məşqçisi ən yaxşı seçildi

“Real” klubunun baş məşqçisi Xabi Alonso İspaniya La Liqasında avqust ayının ən yaxşı məşqçisi adına layiq görülüb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “kral klubu” yeni mövsümün ilk üç turunda maksimum nəticə göstərərək 9 xal toplayıb. Birinci turda madridlilər evdə “Osasuna”ya 1:0 hesabı ilə qalib gəlib. İkinci turda səfərdə “Real Oviedo” üzərində 3:0 hesablı qələbə qazanıblar. Üçüncü turda isə “Santyaqo Bernabeu”da “Malyorka”nı 2:1 hesabı ilə məğlub ediblər.

Hazırda turnir cədvəlinə 9 xalla “Real” və “Atletik” (Bilbao) başçılıq edir. La Liqanın dördüncü turunda “Real” səfərdə “Anoeta” stadionunda “Real Sosyedad”la qarşılaşacaq.







İspaniya L.L.

“Real Madrid”in yay planı
  • İspaniya L.L.
  • 20:01 28.01.2026
“Real Madrid”in yay planı