- İspaniya L.L.
- 20:36 29.01.2026
"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone taktiki üslubundan danışıb.
90deqiqe.Az-ın məlumatına görə, "El Partidazo de COPE" 55 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb.
"Mən özümü müdafiə üzrə məşqçi hesab edirəm? Mən özümü sadəcə məşqçi hesab edirəm. Hücum və müdafiə ilə bağlı müzakirələr çox darıxdırıcıdır. Topu 80 dəqiqə saxlamaq, onunla müdafiə olunmaq və yalnız üç şans yaratmaq olar. Bu hücumdur, yoxsa müdafiə? "Real Madrid" və "Barselona" fərqli oynayır, amma hər iki komanda qalib gəlir"
Qeyd edək ki, argentinalı uzun müddətdir ki, etibarlı müdafiə oyununa arxalanan məşqçi kimi şöhrət qazanıb.Son illərdə məşqçi öz futbolunu şaxələndirməyə çalışsa da, “müdafiəçi” məşqçi etiketi aradan qalxmayıb.
Dieqo Simeone 2011-ci ilin sonundan "Atletiko"nun sükanı arxasındadır.