18 avqust 2026. Çərşənbə axşamı

Tyaqo Alkantara “Barselona”nın məşqçi heyətinə qoşuldu


Tyaqo Alkantara “Barselona”nın məşqçi heyətinə qoşuldu

Tyaqo Alkantara “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin məşqçi heyətinə qoşulub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı mütəxəssis artıq cümə axşamı işinə başlayıb.

Klubun məlumatında bildirilir ki, Tyaqonun vəzifələrinə taktiki məsələlərdə dəstək göstərmək, məşqlərə hazırlıq prosesində iştirak etmək və oyun təcrübəsini komandanın gündəlik işinə gətirmək daxildir.

Hazırda “Barselona” La Liqa çempionatında dördüncü pillədə qərarlaşıb. Üç turdan sonra komandası 7 xal toplayıb. Növbəti oyunu sentyabrın 14-də doğma arenada “Valensiya” ilə olacaq.

 







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib