- İspaniya L.L.
- 23:45 13.12.2025
“Real” klubu müdafiəçisi Antonio Rüdigerin zədəsi ilə bağlı rəsmi açıqlama yayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman futbolçu sol bud əzələsinin zədəsi səbəbindən komandadan kənarda qalıb.
Məlumata görə, Rüdiger zədədən dolayı təxminən üç ay meydanlardan kənar qalacaq.
Keçən mövsüm Almaniyalı müdafiəçi bütün turnirlər daxil olmaqla 55 oyunda iştirak edib, bu oyunlarda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real”la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə, Rüdigerin bazar dəyəri 20 milyon avro qiymətləndirilir.
“Real” sentyabrın 13-də, səfərdə “Real Sosyedad”la qarşılaşacaq.