29 iyun 2026. Bazar ertəsi

Endrik yanvarda icarəyə verilə bilər


Endrik yanvarda icarəyə verilə bilər

“Real”ın hücumçusu Endrik yanvarda icarə əsasında başqa klubda çıxış edə bilər.

90deqiqe.Az-ın "Defensa Central"a istinadən məlumatına görə, 19 yaşlı hücumçunun əsas komandada yer tutması çətindir, çünki rəqabət güclüdür və o, zədələrdən əziyyət çəkib.

Braziliyalının icarəsi ilə “Valensiya” və “Selta” maraqlanır və keçid qış transfer pəncərəsində reallaşa bilər.

Əvvəllər yayda Endrikin komandadan ayrılacağı bildirilirdi, lakin bir neçə zədə buna imkan verməyib.

Endrik 2024-cü ildən “Real”da çıxış edir. Keçən mövsüm 37 oyunda iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, onun bazar qiyməti 35 milyon avrodur. Braziliyalının “Real”la müqaviləsi 2030-cu ilin yayına qədərdir.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"