29 iyun 2026. Bazar ertəsi

Lamin Yamal “Qızıl Top” mərasiminə 20 nəfərlik dəstə ilə qatılacaq


Lamin Yamal “Qızıl Top” mərasiminə 20 nəfərlik dəstə ilə qatılacaq

“Barselona”nın  hücumçusu Lamin Yamal 22 sentyabr, bazar ertəsi günü Parisin Şatle teatrında keçiriləcək “Qızıl Top” mükafatlandırma mərasiminə 20 nəfərlik dəstə ilə qatılacaq.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, əksər iştirakçılar 18 yaşlı futbolçunun yaxın qohumları olacaq. 

Mənbə bildirir ki, Yamal və ailəsi tədbirdə italyan moda evi Dolce & Gabbana geyimləri ilə iştirak edəcəklər.

Qeyd olunur ki, əgər Yamal mükafata layiq görülərsə, Parisdə xüsusi bir mərasim təşkil etməyi planlaşdırır, lakin tədbirin detalları hələ açıqlanmayıb.

Bu il mükafat mövsüm nəticələrinə əsasən (1 avqust 2024 – 13 iyul 2025) dördüncü dəfə təqdim olunacaq, əvvəllər olduğu kimi təqvim ili üzrə deyil.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"