10 noyabr 2025. Bazar ertəsi

Lamin Yamal “Qızıl top” mərasimindən sonra əyləncə gecəsi təşkil edəcək


Lamin Yamal “Qızıl top” mərasimindən sonra əyləncə gecəsi təşkil edəcək

“Barselona”nın vingeri Lamin Yamal “Qızıl top” mükafatının təqdimat mərasiminin ardınca əyləncə gecəsi keçirməyi planlaşdırır.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, tədbir futbolçunun mükafatı qazanıb-qazanmamasından asılı olmayaraq baş tutacaq.

Mənbənin yazdığına görə, Yamal mərasimə 25 nəfərlik yaxın çevrəsi ilə gəlib. Onların arasında dəvət olunmuş DJ də var. 17 yaşlı hücumçu “France Football” tərəfindən təqdim olunan əsas mükafatın namizədlərindən biridir. Bundan əlavə, o, 21 yaşadək ən yaxşı futbolçuya verilən Raymon Kopa adına mükafatın da əsas favoritləri sırasında yer alır.

Xatırladaq ki, bu ilin yayında Yamal 18 illik yubiley mərasimində qonaqları əyləndirmək üçün cırtdanları işə götürməkdə ittiham olunmuşdu.







İspaniya L.L.

“Barselona”dan əzmkar qələbə
  • İspaniya L.L.
  • 02:04 10.11.2025
“Barselona”dan əzmkar qələbə
 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:35 09.11.2025
“Valensiya” evdə xal itirdi
“Real” səfərdə xal itirdi
  • İspaniya L.L.
  • 23:27 09.11.2025
“Real” səfərdə xal itirdi