15 dekabr 2025. Bazar ertəsi

Cud Bellinqhem “Qızıl top–2025”də 23-cü yeri tutdu


Cud Bellinqhem “Qızıl top–2025”də 23-cü yeri tutdu

“Real Madrid”in ingiltərəli yarımmüdafiəçisi Cude Bellinqhem “Qızıl top–2025” mükafatının səsverməsində 23-cü pillədə qərarlaşıb. Bu barədə mükafatın rəsmi sosial şəbəkə hesabında məlumat verilib.

21–25-ci yerlər aşağıdakı kimidir:

  • 21. Seru Girassi (“Borussiya” Dortmund, Qvineya millisi)

  • 22. Aleksis Mak Allister (“Liverpul”, Argentina millisi)

  • 23. Cud Bellingem (“Real Madrid”, İngiltərə millisi)

  • 24. Fabian Ruis (PSJ, İspaniya millisi)

  • 25. Denzel Dumfris (“İnter”, Niderland millisi)

Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən təqdim ediləcək “Qızıl top” mükafatının rəsmi təqdimat mərasimi bu gün, 22 sentyabrda Parisdəki “Şatle” teatrında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Xatırladaq ki, ötən il bu nüfuzlu mükafatı “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qazanmışdı.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”