- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona”nın müdafiəçisi Aleks Balde zədəsini sağaldıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. Futbolçu artıq komandanın ümumi məşqlərinə qoşulub.
Futbolçu 3 sentyabr tarixində məşq zamanı sol ayağının arxa bud əzələsində zədələnmişdi. Əvvəlki əzələ problemləri nəzərə alınaraq, məşqçi heyəti Baldedəyə tələsmədən bərpa prosesi keçməyə imkan verib.
Hazırda məlumdur ki, Aleks 25 sentyabrda “Oviedo” ilə oyunda iştirak etməyəcək. Onun 28 sentyabrda “Real Sosyedad”la matçda iştirak edib-etməyəcəyi isə hələ də sual altındadır. Ehtimala görə, müdafiəçi 1 oktyabrda, Çempionlar Liqasının PSJ ilə oyununa hazır ola bilər.