- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona” klubunda yarımmüdafiəçi Qavi ilə bağlı son vəziyyət narahatlıq doğurub.
90deqiqe.Az-ın "AS" nəşrinə istinadən məlumatına görə, ispaniyalı futbolçuya edilən əməliyyatdan sonra məlum olub ki, 21 yaşlı oyunçu ən azı 2025-ci ilin fevralına qədər meydana çıxmayacaq.
Mənbənin yazdığına görə, Qavi’nin dizindəki zədə gözləniləndən daha ciddi olub. Hətta əməliyyatı həyata keçirən cərrah da futbolçunun vəziyyətinə təəccüblənib.
Bildirilir ki, komandanın baş məşqçisi Hans-Diter Flik də oyunçunun uzun müddət sıradan çıxması xəbərinə ən çox üzülən şəxslərdən biri olub.
Xatırladaq ki, Qavi avqustun əvvəlində zədələnmişdi. O, cari mövsümdə İspaniya La Liqasında iki oyunda iştirak edərək bir məhsuldar ötürmə ilə yadda qalmışdı.