- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona”nın baş məşqçisi Hansi Flik “Qızıl top” mükafatlandırma mərasiminin nəticələrinə münasibət bildirib və komandanın gənc ulduzu Lamin Yamalı dəstəkləyib.
90deqiqe.Az-ın məlumatına görə, "AS" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Onu dünən gördüm və hər şey qaydasındadır. Qələbənin olmaması Yamal üçün əlavə motivasiyadır: bu, illərlə onu irəli aparacaq. Dembele mükafata layiq idi, Lamin isə bunu təvazökarlıqla qarşıladı. O, öz gücünü sübut etməyə hazırdır və bu mövsüm də, gələn mövsüm də bütün potensialını göstərmək niyyətindədir. Nə vaxt qayıdacaq? Çox tezliklə”
Xatırladaq ki, 18 yaşlı futbolçu səsvermədə ikinci yeri tutaraq yalnız PSJ-nin hücumçusu Usman Dembeleyə uduzub.
Qeyd edək ki, Yamal eyni zamanda “Raymon Kopa” mükafatının qalibi olub. Bu mükafat 21 yaşadək ən yaxşı gənc futbolçuya verilir. İspaniyalı oyunçu 2024-cü ildə də həmin titula sahib çıxmışdı.