- İspaniya L.L.
- 23:51 04.12.2025
“Betis”in yarımmüdafiəçisi Covanni Lo Çelso hücumçu Antoninin komandaya qayıdışı barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "ESPN" argentinalı futbolçunun dediklərini belə çatdırıb.
“Antoninin qayıdışı həm klub, həm də onun özü üçün böyük əhəmiyyət daşıyır. Onun üçün ötən yay asan keçmədi. Hamımız bilirik ki, İngiltərə klubları belə hallarda oyunçunu məşqlərdən kənarlaşdırır və bu da əlavə çətinliklər yaradır.
O, sonuncu dəfə may ayında meydana çıxmışdı, indi isə komandaya tam gücü ilə qoşulub. “Real Sosyedad”la oyunda və ondan əvvəlki matçda necə möhtəşəm çıxış etdiyini gördük. Antoninin hər dəfə topa sahib olması təhlükə hissi yaradır və bu, doğrudan da heyrətamizdir. Üstəlik, bu ab-hava komandaya da keçir. O, kollektiv üçün əla tamamlayıcıdır”