- İspaniya L.L.
- 23:51 04.12.2025
Braziliya millisinin və “Barselona”nın hücumçusu Rafinya 2025-ci ilin “Qızıl Top” səsverməsində heç vaxt birinci yerə qoyulmayıb.
90deqiqe.Az-ın "L'Équipe"yə istinadən məlumatına görə, Rafinyanın komandadaşı Lamin Yamal 11 dəfə jurnalistlər tərəfindən birinci yerə qoyulub. Onlardan biri isə “Real Madrid”in hücumçusu Kilian Mbappenin adını siyahının birinci sırasına yazıb. Həmçinin bir dəfə “PSJ”dən Xviça Kvaratsxeliya və “Napoli”dən Skott Maktomine də siyahının zirvəsinə qoyulub.
2024/2025 mövsümündə Rafinya bütün turnirlərdə 57 matç keçirib, 34 qol vurub və 25 məhsuldar ötürmə edib. “Barselona” ilə ispaniya çempionu olan futbolçu həmçinin ölkə Kuboku və Superkubokunu qazanıb. Rafinya səsvermədə beşinci yeri tutub.