5 dekabr 2025. Cümə

"Matçın taleyini biz deyil, oyunçular həll edəcək"


"Matçın taleyini biz deyil, oyunçular həll edəcək"

Madridin "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone La Liqanın 7-ci turunda "Real"la keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "AS" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

"Real'da baş verən dəyişiklikləri şərh etmək üçün mən ən doğru şəxs deyiləm. Məşqçilər olaraq oyunun taleyini biz həll etmirik. Ən dəyərli və vacib olan futbolçulardır və fərqi məhz onlar yaradır.

Matç başladıqda turnir cədvəlindəki məsafələr əhəmiyyətsiz olur. Bu, əsas mübarizənin orta sahədə olacağı bir oyun olacaq və müdafiədən hücuma keçidlər qərar verici rol oynayacaq. Mən oyunu elə görürəm.

Mövsümün əvvəlində komandaya qatılan səkkiz yeni oyunçumuz var, əvvəllər isə yeddi oyunçu gəlmişdi. Komandanı formalaşdırmaq prosesindəyik və inkişaf etmək istəyirik. Bu prosesdə yaxşı işlər gördük və ümid edirik ki, oyundan-oyuna daha da yaxşılaşacağıq".

Qeyd edək ki, "Atletiko" – "Real" oyunu sabah Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.







İspaniya L.L.