- İspaniya L.L.
- 23:51 04.12.2025
"Real"ın baş məşqçisi Xabi Alonso komandanın yeni üzvü, argentinalı Franko Mastantuono barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
"Onun çoxlu müsbət keyfiyyətləri var. Yaşı nəzərə alınsa və o, cəmi bir aydan bir qədər artıq əvvəl yeni ölkəyə, yeni liqaya və böyük kluba gəlib, çox yaxşı uyğunlaşıb.
Mən onun texnikasını və xarakterini bəyənirəm, amma daha çox – rəqabətcil olmasını. Onun enerjisi çoxdur. Bunu düzgün yönləndirmək lazımdır, yeni ideyaları mənimsəməlidir, amma rəqabət geneti komandamız üçün əsasdır. Onu aldığımız üçün çox şadam və uzun müddət onun oyunundan zövq alacağıq".
Cari mövsümdə Mastantuono "Real"ın heyətində bütün turnirlərdə altı oyun keçirib və bir qol vurub.