5 dekabr 2025. Cümə

Təxminən dörd həftə “dincələcək”


Təxminən dörd həftə “dincələcək”

“Real”ın sağ cinah müdafiəçisi Dani Karvaxal zədələnib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçuya sağ ayağın baldır əzələsində (kam balov vari) zədələnmə diaqnozu qoyulub. 33 yaşlı müdafiəçi təxminən dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, ötən ilin oktyabrında Karvaxal ciddi zədə – ön çarpaz bağların qopması ilə üzləşmişdi. O, yalnız may ayının sonunda sıraya qayıda bilmişdi.

“Real”ın digər sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold da zədə səbəbindən komandaya kömək edə bilmir.

Bu mövsüm Dani Karvaxal bütün turnirlər daxil olmaqla 7 oyunda iştirak edib, lakin məhsuldar göstəricilərlə yadda qalmayıb. Futbolçunun Madrid təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, oyunçunun bazar dəyəri 8 milyon avro təşkil edir.







İspaniya L.L.