29 iyun 2026. Bazar ertəsi

“Barselona”nın zədəlisindən şad xəbər


“Barselona”nın zədəlisindən şad xəbər

“Barselona”nın gənc hücumçusu Lamin Yamal zədəsini arxada qoyaraq komandanın heyətinə dönüb.

90deqiqe.Az-ın məlumatına görə, 18 yaşlı futbolçu İspaniya La Liqasının 7-ci turunda bu gün keçiriləcək “Real Sosyedad”la oyunun iştirak ərizəsinə daxil edilib.

Bu barədə klubun mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 13-də kataloniya təmsilçisi Yamala qasıq nahiyəsində diskomfort diaqnozu qoyulduğunu açıqlamışdı.

Gənc vinger cari mövsümdə La Liqada 3 matçda meydana çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barselona” ilə mövcud müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 200 milyon avro təşkil edir.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"