- İspaniya L.L.
- 13:48 08.11.2025
“Atletiko” klubunun hücumçusu Xulian Alvares La Liqada “Real” üzərində 5:2 hesablı qələbədən sonra komandanın güclü tərəfini şərh edib.
90deqiqe.Az xəbər verir ki, argentinalı futbolçu bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Fasilədə məşqçi bizə hücumu davam etdirməyi tapşırdı. Biz imkanlar yaratdıq və bu dəfə onları effektiv istifadə etdik. La Liqada ən çox qol imkanları yaradan komandalar arasında yer alırıq, həmçinin bu göstərici üzrə Avropada da ən yaxşılar sırasında oluruq. Bu dəfə soyuqqanlı olduq – məhz fərq budur”.
Qeyd edək ki, 25 yaşlı oyunçu görüşün qəhrəmanı olub və iki qol vurub. Digər qolları isə Roben le Norman, Aleksandr Sorlott və Antuan Qrizmann vurub.Alvares həmçinin görüşün ən yaxşı oyunçusu seçilib. “Atletiko” yeddi turdan sonra 12 xalla La Liqa cədvəlində 4-cü pillədə qərarlaşıb.