21 mart 2026. Şənbə

Messi "Raimon Kopa" mükafatında Yamalı birinci seçib


Messi "Raimon Kopa" mükafatında Yamalı birinci seçib

"İnter Mayami"nin hücumçusu Lionel Messi "Barselona"nın hücumçusu Lamin Yamalı "Raimon Kopa" mükafatına – 21 yaşadək ən yaxşı gənc futbolçu adına – birinci yerə seçib. 

90deqiqe.Az xəbər verir ki, bu barədə "Sports Illustrated" məlumat yayıb. 

"Raimon Kopa" mükafatının qalibi "Qızıl Top"dan fərqli olaraq, jurnalistlər deyil, keçmiş "Qızıl Top" sahibləri tərəfindən seçilir. Bu il səsvermədə 27 keçmiş "Qızıl Top" sahibi iştirak edib. Messi, Luka Modriç, Zinəddin Zidan, Kərim Benzema və Kaka daxil olmaqla səs verənlərin böyük əksəriyyəti Lamina Yamalı birinci yerə qoyub.

Yalnız Roberto Bacciyo, Ruud Qullit və Pavel Nedved Yamalı ikinci plana qoyaraq Desirə Dueni seçiblər.

Bildirək ki, bu il ilk dəfə olaraq qadın futbolçular üçün "Kopa" mükafatı da təqdim edilib və qalib "Barselona"nın futbolçusu Viki Lopes olub.

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo səsvermədə iştirak etməyib.







İspaniya L.L.

Alvaresin əvəzinə Qrinvud
  • İspaniya L.L.
  • 20:52 17.03.2026
Alvaresin əvəzinə Qrinvud
“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə