- İspaniya L.L.
- 19:38 06.12.2025
“Barselona”nın qapıçısı Voyçex Şesni bu mövsümdə ilk oyununu keçirib.
90deqiqe.Az xəbər verir ki, "Barca Universal" polşalı qolkiperin dediklərini belə çatdırıb.
“Bu oyunda çıxış etməyə şad olduğumu deyə bilmərəm. Joan Qarsiyanın belə zədə alması məni kədərləndirdi. Onun zədəsi hər şeyi dəyişir. Ümid edirəm ki, tezliklə qapımıza qayıdacaq və uzun müddət komandamız üçün oynayacaq.”
Qeyd edək ki, 35 yaşlı futbolçu zədələnmiş Joan Qarsiyanın yerinə əsas heyətdə meydana çıxıb.Zədələnmiş Qarsiya 4-6 həftəlik məcburi fasilə keçirəcək. Bazar günü keçirilən “Real Sosyedad”la qarşılaşma kataloniyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Barselona” oktyabrın 1-də UEFA Çempionlar Liqasında “Monako” ilə qarşılaşacaq.