- İspaniya L.L.
- 19:38 06.12.2025
“Barselona”nın idman direktoru Deku klubun “Mançester Yunayted”in hücumçusu Markus Reşford ilə bağlı qərarını şərh edib.
90deqiqe.Az-ın "Manchester Daily"ə istinadən məlumatına görə, o bildirib ki, ingilis futbolçunun sadə icarə şərtləri ilə transfer olunub və alınma hüququ da klubda qalır:
“Reşfordu sadə icarəyə götürdük, alınma hüququ ilə. Ödəniş çox böyük deyil. Əgər onu almağa qərar verməsək, hər hansı cərimə olmayacaq. O, əla çıxış edir və biz onun işindən çox məmnunuq, lakin son qərar daha sonra veriləcək”
Qeyd edək ki, bu mövsümdə 27 yaşlı futbolçu bütün turnirlərdə 8 oyuna çıxaraq 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Mətbuatın iddiasına görə, “Barselona” Reşfordu 30 milyon avroya “Mançester Yunayted”dən ala bilər.