5 dekabr 2025. Cümə

“Mançester Siti” Kundeni istəyib, amma “Barselona” təklifi qəbul etməyib


“Mançester Siti” Kundeni istəyib, amma “Barselona” təklifi qəbul etməyib

İngiltərə “Mançester Siti” klubu “Barselona”nın müdafiəçisi Jül Kunde transfer etmək imkanını araşdırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə katalon klubunun idman direktoru Deku məlumat verib.

Deku bildirib ki, “Mançester Siti” Kundefin transfer bazarında olub-olmadığını soruşub, lakin katalonlar buna mənfi cavab veriblər: “Rəsmi təklif və ya danışıqlar olmayıb.”

Qeyd edək ki, “Barselona” Jül Kundefi 2022-ci ildə “Sevilya”dan 50 milyon avroya transfer edib. Bu mövsümdə fransız futbolçu bütün turnirlər nəzərə alınmaqla 8 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

26 yaşlı müdafiəçinin “Barselona” ilə müqaviləsi 2030-cu ilə qədərdir. Transfermarkt-a görə, Kundefin bazar dəyəri 65 milyon avrodur.







İspaniya L.L.