- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona”nın hücumçu Lamin Yamal yenidən sıradan çıxıb.
90deqiqe.Az xəbər verir ki, ispan futbolçunun qasıq nahiyəsindəki ağrılar yenidən ortaya çıxıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klubun məlumatında qeyd olunur ki, bu ağrılar Çempionlar Liqasının ümumi mərhələsinin II turunda “PSJ” (1:2) ilə oyundan sonra təkrar baş verib.
“Yamal “Sevilya” ilə matçı buraxacaq, bərpasının isə təxminən iki-üç həftə davam edəcəyi gözlənilir,” – deyə klub açıqlamasında qeyd edib.
18 yaşlı hücumçu ilk dəfə qasıq nahiyəsində diskomfort hiss etdiyini 13 sentyabr tarixində qeyd etmişdi. Daha sonra, 28 sentyabrda klub onun zədədən sağaldığını açıqlamışdı.
Cari mövsümdə winger bütün turnirlər üzrə 5 oyunda iştirak edib, 2 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.