- İspaniya L.L.
- 23:51 04.12.2025
“Real” klubunun baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Endrikin perspektivləri barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, ispan mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.
“Onun vaxtı hələ gələcək. Endrik yaxınlarda zədədən sağaldı və indi onu meydana çıxarmaq üçün düzgün anı tapmaq lazımdır. O, əsl bombardirdir, hücumları qət edən güclü oyunçudur.”
Qeyd olunur ki, 2024-cü ildə “Real” 19 yaşlı forvard üçün təxminən 50 milyon avro xərcləyib. Braziliyalı futbolçu ilə müqavilə 2030-cu ilə qədər qüvvədədir. Eyni zamanda, bəzi məlumatlara görə, Alonso onun başqa klubda çıxış etməsinə üstünlük verir.