29 iyun 2026. Bazar ertəsi

"Mbappe bu mövsümdə "Qızıl Top" mükafatını qazana bilər"


"Mbappe bu mövsümdə "Qızıl Top" mükafatını qazana bilər"

Keçmiş futbolçu və məşqçi Tyerri Anri, növbəti "Qızıl Top" mükafatını kim qazana biləcəyi barədə fikirlərini bildirib.

 90deqiqe.Az "CBS Sports"a istinadən xəbər verir ki,  Anri, bu mövsümdə "Real Madrid"in hücumçusu Kilian Mbappenin "Qızıl Top"u qazanmaq potensialı olduğuna inandığını vurğulayıb:

"Bu mövsümdə Mbappe bunu bacara bilər. Onun özünəinamına baxın, çəkisini itirib, sürətini bərpa edib, xət boyunca daha yaxşı qaçır. O, adi bir 9-cu nömrə deyil, amma onun məhsuldarlığı hücumçularınki kimidir. Məhz bu səbəbdən biz Kilianın ən yaxşı versiyasını yenidən görürük"

Xatırladaq ki, 2025-ci ildə PSJ komandasında çıxış edən Usman Dembele "Qızıl Top" mükafatını qazanmışdı. Kilian Mbappe bu mövsümdə "PSJ" ilə bütün turnirlərdə 9 matç keçirib, 13 qol vurub və 1 məhsuldar ötürmə verib.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"