5 dekabr 2025. Cümə

“Real” “Vilyarreal” üzərində inamlı qələbə qazandı


“Real” “Vilyarreal” üzərində inamlı qələbə qazandı

İspaniya La Liqasının 8-ci turu çərçivəsində “Real Madrid” doğma meydanda “Vilyarreal”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, "Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar. 

Matçın 47-ci dəqiqəsində madridlilərin braziliyalı cinah hücumçusu Vinisius Junior hesabı açıb. Ona məhsuldar ötürməni fransalı ulduz Kilian Mbappe verib. 69-cu dəqiqədə Vinisius penaltidən dublunu rəsmiləşdirib.

73-cü dəqiqədə “Vilyarreal”ın gürcü hücumçusu Jorj Mikutadze fərqi minimuma endirib. Lakin 77-ci dəqiqədə qonaqların müdafiəçisi Santyaqo Mourinyo qırmızı vərəqə alaraq meydanı tərk edib. Cəmi bir neçə dəqiqə sonra – 81-ci dəqiqədə Mbappe fərdi reydlə “Real”ın üçüncü qolunu vurub.

Bu qələbə sayəsində “Real” xallarını 21-ə çatdıraraq turnir cədvəlində “Barselona”nı iki xal geridə qoyub. Kataloniya təmsilçisi 8-ci turun oyununu sabah “Sevilya”ya qarşı keçirəcək. “Vilyarreal” isə 16 xalla La Liqanın üçüncü pilləsində qalıb.







İspaniya L.L.