5 dekabr 2025. Cümə

Aleksis Sançes sabiq komandasını məyus etdi


Aleksis Sançes sabiq komandasını məyus etdi

İspaniya La Liqasının bu gün keçirilən qarşılaşmasında “Sevilya” və “Barselona” üz-üzə gəlib.

 90deqiqe.Az xəbər verir ki, ilk hissə başa çatdıqda meydan sahibləri 2:1 hesabı ilə önə çıxıblar.

Oyunda hesabı təcrübəli hücumçu Aleksis Sançes açıb. Çilili futbolçu penaltini dəqiq yerinə yetirərək komandasını önə keçirib. Maraqlıdır ki, futbolçular adətən sabiq komandalarına vurduqları qollardan sonra sevinmirlər, lakin 36 yaşlı Sançes bu qaydanı pozaraq qol sevincini qeyd edib.

Qeyd edək ki, Aleksis Sançes 2011–2014-cü illərdə “Barselona”nın formasını geyinib. Bu müddətdə o, 141 oyuna çıxıb, 46 qol vurub və 38 məhsuldar ötürmə edib.

 







İspaniya L.L.