5 dekabr 2025. Cümə

Vinisius La Liqada yalnız Mbappedən geri qalır


Vinisius La Liqada yalnız Mbappedən geri qalır

Madrid “Real”ının cinah hücumçusu Vinisius Junior “Vilyarreal”lə matçda (3:1) parlaq oyun nümayiş etdirib.

90deqiqe.Az "Madrid Xtra”ya istinadən xəbər verir ki, braziliyalı futbolçu görüşdə dubla imza ataraq oyunun ən yaxşı futbolçusu seçilib.

 25 yaşlı ulduz həm də statistik göstəriciləri ilə fərqlənib. Belə ki, Vinisius bu mövsümdə Avropanın “Top-5” liqası oyunçuları arasında bir matçda 5+ qol vəziyyəti yaradan, 5+ uğurlu driblinq edən və 5+ zərbə vuran ilk futbolçu olub.

Vinisius cari La Liqa mövsümündə 8 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya çempionatında ondan daha çox məhsuldar göstəriciyə yalnız Kilyan Mbappe malikdir – 11 (9 qol + 2 assist).







İspaniya L.L.