29 iyun 2026. Bazar ertəsi

“Sevilya” doğma meydanda “Barselona”nı darmadağın etdi


“Sevilya” doğma meydanda “Barselona”nı darmadağın etdi

İspaniya La Liqasının VIII turu çərçivəsində keçirilən “Sevilya” – “Barselona” oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, görüş “Ramón Sançes Pisxuan” stadionunda baş tutub və meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 4:1.

Əndəlüs təmsilçisinin heyətində Aleksis Sançes (penaltidən), İsaak Romero, Xose Anxel Karmona və Akor Adams fərqləniblər. Qonaqlardan Markus Raşford yeganə qolu vurub. Oyunun 76-cı dəqiqəsində “Barselona”nın hücumçusu Robert Levandovski penalti şansından yararlana bilməyib.

Bu qələbə sayəsində “Sevilya” 8 oyundan sonra 13 xal toplayaraq La Liqa cədvəlində 4-cü pilləyə yüksəlib. 19 xalı olan “Barselona” isə hazırda 2-ci yerdə qərarlaşıb. Turnir cədvəlinə 21 xalla “Real Madrid” başçılıq edir.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"