5 dekabr 2025. Cümə

“Bu, mövsümdəki ən zəif oyunumuz idi”


“Bu, mövsümdəki ən zəif oyunumuz idi”

“Barselona”nın müdafiəçisi Alexandro Balde La Liqanın VIII turunda “Sevilya”ya 1:4 hesabı ilə məğlubiyyətdən sonra qarşılaşma barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 21 yaşlı futbolçu bu barədə jurnalistlərə açıqlama verib.

“Yəqin ki, bu, mövsümdəki ən pis oyunumuz idi. Havanın istiliyi və vaxt çətinlik yaratsa da, bu, bəhanə ola bilməz. Pis oyun göstərdik və üzərində işləməli olduğumuz çox məqam var. İkinci hissədə çoxlu qol imkanlarımız oldu, hesabı bərabərləşdirə bilərdik. Dərs çıxarmalıyıq. Məncə, Araujo epizodunda qayda pozuntusu yox idi – penalti verilməməliydi. Amma bu da bəhanə deyil. Biz inkişaf etməli və irəliləməliyik” 

Hazırda “Barselona” 19 xalla La Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider “Real”dan 1 xal geri qalır.







İspaniya L.L.