5 dekabr 2025. Cümə

“Selta” doğma meydanda “Atletiko” ilə heç-heçə etdi


“Selta” doğma meydanda “Atletiko” ilə heç-heçə etdi

İspaniya La Liqasının VIII turu çərçivəsində “Selta” və “Atletiko” (Madrid) komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Viqoda, “Abanka Balaídos” stadionunda baş tutub və 1:1 hesabı ilə başa çatıb.

Matçın artıq 6-cı dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Karl Starfelt topu öz qapısından keçirdib. İlk hissənin sonlarında “Atletiko”nun müdafiəçisi Kleman Lanqle birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Əsas üstünlüyə malik olan “Selta” ikinci hissədə təşəbbüsü ələ alıb və 68-ci dəqiqədə kapitan Yaqo Aspasın qolu ilə hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “Selta” 6 xalla 16-cı pillədə, “Atletiko” isə 13 xalla 5-ci yerdə qərarlaşıb. La Liqanın lideri “Real Madrid” komandasıdır – 21 xal.







İspaniya L.L.