5 dekabr 2025. Cümə

Navas Ronaldo və Messi arasında seçim etdi


Navas Ronaldo və Messi arasında seçim etdi

 “Real Madrid”in sabiq qapıçısı Keylor Navas müasir dövrün ən uğurlu futbolçularından birini seçmək barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, kostarikalı qolkiper üstünlüyü portuqaliyalı forvarda verib.

“Ronaldo yoxsa Messi? Cavab vermək çətindir, amma əgər birini seçməli olsam, Kriştiano deyərdim — birlikdə yaşadığımız gözəl anlara görə”

Keylor Navas və Kriştiano Ronaldo 2014–2018-ci illərdə “Real Madrid”də bir yerdə çıxış ediblər və bu müddət ərzində komandanı üç dəfə Çempionlar Liqasının kubokuna daşıyıblar. Lionel Messiylə isə Navas “PSJ”də yalnız bir mövsüm birlikdə çıxış edib.

Hazırda 38 yaşlı qapıçı Meksikanın “Pumas” klubunda oynayır.







İspaniya L.L.