6 dekabr 2025. Şənbə

“Xabi Alonso mənə başqa mövqedə oynayacağımı dedi, mən də razılaşdım”


“Xabi Alonso mənə başqa mövqedə oynayacağımı dedi, mən də razılaşdım”

"Real Madrid"in braziliyalı hücumçusu Rodriqo baş məşqçi Xabi Alonso ilə aralarında baş vermiş söhbətdən danışıb.

90deqiqe.Az “AS”a istinadən xəbər verir ki, onun sözlərinə görə, Alonso ona sol cinahda oynamağı sevdiyini bildiyi halda, komanda üçün başqa mövqelərdə də ehtiyac olduğunu deyib.

“O, gələndə məni söhbətə çağırdı və dedi: ‘Sənin sol cinahda oynamağı sevdiyini bilirəm, amma mənə digər mövqelərdə də lazımsan’. Mən də ona dedim ki, harada istəyirsə, oynamağa hazıram. Mən buradayam ki, komandaya kömək edim. Baş məşqçinin qərarlarına hörmətlə yanaşmalıyıq”

24 yaşlı futbolçu həmçinin qeyd edib ki, futbolçu yalnız start heyətində meydana çıxanda deyil, son 20 dəqiqədə də oyuna maksimum gücünü sərf etməlidir.

Qeyd edək ki, cari mövsümdə Rodrigo bütün turnirlər daxil olmaqla 8 oyunda iştirak edib, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu qarşılaşmalardan yalnız 2-də start heyətində meydana çıxıb.







İspaniya L.L.