- İspaniya L.L.
- 23:51 06.12.2025
2024-cü ilin payızında “Barselona” əsas qapıçısı Mark-Andre ter Steqenin zədələnməsindən sonra Voyçex Şesni ilə təcili müqavilə bağlayıb.
90deqiqe.Az xəbər verir ki, "Sport" təcrübəli qolkiperin dediklərini belə çatdırıb.
“Bilirdim ki, mən “Barselona”nın oyun üslubuna tam uyğun gəlmirəm. O vaxt ən yaxşı ehtiyat seçim olduğumu anlayırdım, amma belə oyun tərzi üçün qapıçı profili mənim üçün ideal deyildi. Adaptasiya olmalıydım, sadəcə təhlükəsiz oynamaq kifayət etməzdi. Cəza sahəsinin hüdudlarından çıxmalı, haraya qədər irəliləyə biləcəyimi və risk etməyi öyrənməliydim. Bir neçə səhvə yol verdim, bu mənim üçün çətin idi, amma plan işləyirdi. Komandanın oyununa uyğunlaşmalıydım, əksinə yox. Eqoğumu bir kənara qoyaraq öyrənməyə açıq oldum. Ancaq başa düşürdüm ki, müəyyən hədlər var — artıq hər şeyi öyrənməyə yaşım çatmır.”
Qeyd edək ki, polşalı qapıçı əvvəlcə karyerasını başa vuracağını açıqlamışdı, lakin sonra yenidən oyuna qayıtdı. Hazırda “Barselona” La Liqada ikinci pillədə qərarlaşıb.