- İspaniya L.L.
- 15:22 06.12.2025
İspaniya La Liqasının VIII turunda "Real Madrid"in "Vilyarreal" üzərində qazandığı 3:1 hesablı qələbə klubun rəsmi televiziya kanalında mübahisəli hakim qərarları ilə gündəmə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, klub televiziyası qarşı tərəfin qapısına təyin olunmayan iki mümkün penalti epizodu ilə bağlı hakimləri sərt şəkildə tənqid edib.
"Real Madrid TV"nin şərhçisinin fikirlərinə görə, braziliyalı hücumçu Rodriqoya qarşı qayda pozuntusundan sonra penalti verilməməsi hakimlərin qeyri-ardıcıl qərarlar qəbul etdiyini göstərir:
"Rodriqo penalti istəyir, ona isə deyirlər ki, artıq biri təyin olunub. İkincini necə verəcəklər? Onlar doğrudanmı bu epizodu yenidən izləmək istəmirlər? Əgər yeddi penalti epizodu varsa, hamısı verilməlidir. Bəzən başa düşmürəm, bu necə idarəçilikdir"
Qeyd edək ki, səkkiz turdan sonra "Real Madrid" İspaniya çempionatında 21 xalla turnir cədvəlinin lideridir.