21 mart 2026. Şənbə

“De Yonqun fikrinə hörmət edirəm, amma..."


“De Yonqun fikrinə hörmət edirəm, amma..."

“Barselona” klubunun prezidenti Joan Laporta komandanın yarımmüdafiəçisi Frenki de Yonqun İspaniya La Liqasının 17-ci turunda “Vilyarreal”la oyunun ABŞ-da keçirilməsinə dair narazılıq dolu açıqlamasına cavab verib.

90deqiqe.Az "Sport.es"ə istinadən xəbər verir ki, funksioner bildirib ki, qərar UEFA və La Liqa tərəfindən razılaşdırılıb və klub təyin olunan məkanda oynayacaq:

“UEFA və La Liqa bu qərarla razılaşıblar. Bizə harada oynamaq tapşırılarsa, orada da oynayacağıq. Hər kəsin öz fikri var və mən buna hörmətlə yanaşıram. ‘Barselona’ Mayamidə oynayacaq. ABŞ bizim üçün inkişaf edən və çox vacib bir bazardır. Yay toplanışları zamanı bir sıra əməkdaşlıq sazişləri imzalamışıq. Bu oyun həmin əlaqələri daha da möhkəmləndirməyə kömək edəcək.”

Qeyd edək ki, daha əvvəl yayılan məlumata görə, İspaniya klubları bu qarşılaşmanın ABŞ-da keçirilməsi sayəsində 5–6 milyon avro gəlir əldə edəcək.







İspaniya L.L.

Alvaresin əvəzinə Qrinvud
  • İspaniya L.L.
  • 20:52 17.03.2026
Alvaresin əvəzinə Qrinvud
“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə