- İspaniya L.L.
- 02:12 08.12.2025
Hazırda Fransanın “Marsel” klubunda çıxış edən futbolçu Meyson Qrinvud dünya futbolunun ən yaxşı oyunçusu ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "derbyderbyderby.it" futbolçunun dediklərini belə çatdırıb.
“Mənim üçün hazırda dünyanın ən yaxşısı Lamin Yamaldır.”
Qeyd edək ki, Lamin Yamal "Qızıl Top" mükafatına namizəd olsa da, bu illik mükafat “Barselona”nın keçmiş oyunçusu Usman Dembeləyə təqdim olunub.
Hazırda Qrinvud Fransa klubunda 9 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib. İngiltərəli futbolçu əvvəllər qalmaqallı şəkildə “Mançester Yunayted”dən ayrılmışdı.