14 noyabr 2025. Cümə

“2014/2015 mövsümündə “Barselona”nın ən yaxşısı Neymar idi”


“2014/2015 mövsümündə “Barselona”nın ən yaxşısı Neymar idi”

“Barselona”nın cinah hücumçusu Rafinya 2014/2015 mövsümündə kataloniya klubunun ən yaxşı futbolçusunun kim olduğunu açıqlayıb. 

90deqiqe.Az xəbər verir ki, “Barca Universal” futbolçunun dediklərini belə çatdırıb.

“Messidən çox Neymarı izləməyi xoşlayırdım. Çempionlar Liqasını qazandığımız mövsümdə Neymar ən yaxşı oyunçumuz idi. Amma Messi barədə danışmaq çətindir, çünki o, tarixdə ən yaxşı futbolçudur... Məşqlərdə belə Neymarın etdiklərini başqa heç kim – hətta Messi də – edə bilmirdi”

Xatırladaq ki, həmin mövsümdə “Barselona” UEFA Çempionlar Liqasının qalibi olmuşdu. Braziliyalı hücumçu 2014/2015 mövsümündə bütün turnirlərdə 51 oyuna çıxaraq 39 qol vurub və 10 məhsuldar ötürmə edib. Messi isə həmin mövsümdə 57 qarşılaşmada 58 qol və 31 assistlə yadda qalıb.







İspaniya L.L.

“Mbappe artıq tam hücumçudur”
  • İspaniya L.L.
  • 21:02 14.11.2025
“Mbappe artıq tam hücumçudur”
“Barselona"ya qayıtmaq istəyirəm”
  • İspaniya L.L.
  • 19:24 11.11.2025
“Barselona"ya qayıtmaq istəyirəm”