7 dekabr 2025. Bazar günü

“Real"da qalmaq mənim üçün cəsarətli qərar idi”


“Real"da qalmaq mənim üçün cəsarətli qərar idi”

“Real”ın hücumçusu Qonsalo Qarsiya Torres klubda qalmaq qərarını və “kral klubu”nun hücum xəttindəki rəqabət barədə fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, “Cadena SER” futbolçunun dediklərini belə çatdırıb.

“‘Real’da qalmaq və oynamaq uğrunda mübarizə aparmaq qərarım tamamilə şüurlu idi. Mənim üçün yeganə seçim həmişə ‘Real Madrid’də qalmaq olub. Birinci komandanın bir hissəsi olmaq uşaqlıq arzumdur və bu qərarımdan çox məmnunam. Bu, cəsarətli addımdır. Bilmirəm, bu qədər rəqabət şəraitində çox hücumçu uğur qazana bilərmi...

Əlbəttə, söhbət dünyanın ən güclü klubundan gedir və burada rəqabət həmişə yüksək olacaq. Amma mən illərlə klubun akademiyasında böyümüş və uşaqlıqdan ‘Real’a azarkeşlik etmiş birisi kimi birinci komandaya düşməyi böyük arzunun reallaşması kimi dəyərləndirirəm. Heç nədən peşman deyiləm”

Qeyd edək ki, daha əvvəl gənc futbolçunun Klublararası Dünya Çempionatından sonra icarəyə göndərilə biləcəyi barədə məlumatlar yayılmışdı.







İspaniya L.L.