- İspaniya L.L.
- 21:13 14.11.2025
“Barselona” və İspaniya millisinin cinah hücumçusu Lamin Yamal La Liqanın növbəti turunu buraxacaq.
90deqiqe.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 18 yaşlı futbolçu əvvəlcə İspaniya millisinə dəvət olunmuşdu, lakin zədəsinin təkrarlanması səbəbindən komandadan buraxılıb və artıq “Barselona”ya qayıdıb.
Gənc hücumçu klubda intensiv reabilitasiya proqramından keçəcək. Onun tam hazır olması gözlənilən növbəti matç 26 oktyabrda Madridin “Santyago Bernabeu” stadionunda “Real”la keçiriləcək qarşılaşmadır.
Kataloniya klubunun qarşıdakı matçı “Jirona” ilə baş tutacaq.Cari mövsümdə Yamal bütün turnirlərdə 5 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.